Bakı
11.03.2025
Vəzifə öhdəlikləri:
- Müstəqil auditin aparılması;
- Audit proqramının tərtib edilməsi və icrasına nəzarət;
- Audit zamanı qrup rəhbəri olaraq işin bölüşdürülməsi, qrup üzvlərinə lazımi istiqamətlərin verilməsi və dəstək olunması;
- Audit üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- Aktivlərin və kapitalın qorunması istiqamətində auditin aparılması;
- Audit zamanı qanun, qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi;
- Müşahidə şurası, Audit komitəsi və İdarə heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsi;
- Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi/hüquqi təhsil;
- Minimum 5 il iş təcrübəsi (Daxili audit üzrə minimum 3 il iş təcrübəsi);
- Əla səviyyədə ingilis dili biliyi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Poçt haqqında qanun və Mərkəzi Bankın normativ aktlarını yaxşı bilmək;
- Yüksək səviyyədə analitik və risk əsaslı düşünmə bacarığı;
- Daxili audit üzrə beynəlxalq mütərəqqi praktik biliklər;
- Hesabatların hazırlanması və yaxşı yazı bacarıqları;
- Audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- İdarəetmə bacarığı;
- Vaxtın idarə edilməsi bacarığı;
- Komanda şəklində işləmək bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş auditor” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. [email protected]