-1 C
Baku
Sunday, December 15, 2024

Baş Direktor – Besting MMC

0
Baş Direktor – Besting MMC
Bakı
24.02.2022

İş rejimi: 5 günlük

İş saatı: 9:00-18:00

Əmək haqqı razılaşma yolu ilə.

İş barədə məlumat:

  • Müəssisəyə rəhbərlik edir, onun siyasət planını müəyyənləşdirir və formalaşdırır;
  • Şirkətin cari və iqtisadi biznes fəaliyyətinə rəhbərlik etmək;
  • Müəssisənin innovasiya strategiyasının işlənib hazırlanması və potensialının qiymətləndirilməsi;
  • Strateji planlaşdırmanın formalaşması və Şirkətdaxili planlaşdırmanın təşkili;
  • Biznes-planın hazırlanmasının təşkili və idarəedilməsinə rəhbərlik etmək;
  • Müəssisənin  maliyyə fəaliyyətinin təşkili, qiymətləndirilməsi, gəlir və mənfəətin planlaşdırılması;
  • Kommersiya fəaliyyətinin təşkili və idarə edilməsi;
  • Reklam və marketinq fəaliyyətinin təşkili;
  • İşgüzar və kommersiya danışıqlarının aparılması;
  • Şirkətin fəaliyyətinin cari, gələcək plan və proqramlarının tərtibatını təşkil və təsdiq etmək,  plan və proqramların yerinə yetirilməsini təmin etmək;
  • Şirkətin Nizamnaməsinin tələblərinə uyğun Şirkətin inkişafı üçün yeni və sərfəli qərarların qəbul edilməsini təmin etmək;
  • Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
  • Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
  • Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Şirkət tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə-ödənilməsinin  təmin olunmasına nəzarət etmək;
  • Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir;
  • Struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir. Onların biznesin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.
  • Əmək haqqı müsahibə zamanı qarşılıqlı razılaşma ilə müəyyən ediləcək.

Baş Direktor bilməlidir:

  • MMC – nin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən hökumət qərar və fərmanlarını;
  • Yuxarı orqan və təşkilatların, həmçinin MMC profilinə aid olan digər təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini;
  • MMC – nin texniki, iqtisadi və sosial inkişafı perspektivlərini;
  • Təsərrüfatçılıq və idarəetmə metodlarını, təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını, elm və texnikanın nailiyyətlərini və qabaqcıl müəssisələrin təcrübəsini;
  • İqtisadiyyatın, istehsalın, satışın, əməyin təşkili və idarə olunmasını;
  • Biznes anlayışı, onun iqtisadi mahiyyətini təşkilati-hüquqi formalarını və idarə edilməsi;
  • Azərbaycanda biznesin rəqabət qabiliyyətliliyi;
  • Müştərək biznesin sosial-iqtisadi mahiyyəti;
  • Biznesin təşkilinin mütərəqqi formalarını;
  • Strateji planlaşdırmanın mahiyyəti, məzmunu, konsepsiyaları və modelləri;
  • Strateji planlaşdırmanın mərhələləri, əsas elementləri və onların formalaşması;
  • Şirkətdaxili planlaşdırmanın mahiyyəti və zəruriliyi, prinsipləri, tipləri, əsas mərhələləri,
  • Təşkilati strukturun mahiyyəti və əhəmiyyəti, formalaşdırılması;
  • İstehsalat və kommersiya fəaliyyətinin təşkili prinsipləri və funksiyaları;
  • Marketinq planı, Marketinqin məqsədi və strategiyası,
  • Müəssisənin təşkilati strukturu, bazar iqtisadiyyatı şəraitində müəssisənin təşkilati strukturunun təkmilləşdirilməsi;
  • Müəssisə maliyyəsinin planlaşdırılmasının mahiyyəti və funksiyaları,
  • İnvestisiyanın iqtisadi mahiyyəti, planlaşdırılması, layihələrin qiymətləndirilməsi prinsipləri və metodlarını;
  • Nəticələrə görə biznes-planın reallaşdırılmasının idarə edilməsi metodları və mərhələlərini;
  • Biznesin idarə edilməsinə sistemli-məqsədli yanaşma metodlarını və idarəetmənin dünya təcrübəsini;
  • Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını;
  • Ali təhsilli (İqtisadiyyat, idarəetmə və ya audit ixtisaslı);
  • Beynəlxalq dərəcəli İSO Auditor sertifikatı;
  • Rus dilini əla səviyyədə bilməli , ingilis dili arzuolunandır;
  • Ən az 5 il analoji sahədə iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Digər daxili proqramlar.
  • Azərbaycan Respublikası qanunvericiliyini və beynəlxalq normaları bilmək;
  • Yeni ideyalara malik, liderlik, ola biləcək problemləri həlletmə bacarığı.

Uyğun namizədlərdən öz CV formalarını mövzu yerinə “Baş Direktor” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər