• Şirkətin struktur bölmələrində mövcud hüquqi məsələlərin araşdırılması və hüquqi rəyin verilməsi
• Dövlət orqanlarında və digər qurumlarda müəssisənin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi
• Müqavilə layihələrinin hazırlanması, razılaşdırılması və hüquqi ekspertizasının aparılması
• Alqı-satqı, podrat, xidmət və digər əqdlər üzrə sənədlərin hazırlanması və icrasına nəzarət
• Daxil olan müraciətlərin araşdırılması və cavab layihələrinin hazırlanması
• Zərurət olduqda müəssisənin dövlət və məhkəmə orqanlarında təmsil olunması
Tələb olunan bilik və bacarıqlar:
• Hüquq üzrə ali təhsil
• Korporativ hüquq sahəsində minimum 5 il iş təcrübəsi
• Müvafiq qanunvericilik və məcəllələr üzrə biliklər
• Analitik düşünmə və problemlərin həlli bacarığı
• Peşəkar hüquqi yazışma və nitq qabiliyyəti
• Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır)
• Dövlət hüquqi portallarından (e-taxes.gov.az, e-mehkeme.gov.az və e-qanun.az ) istifadə bacarığı
Biz nə təklif edirik?
Həftədə 5 iş günü (Şənbə və Bazar istirahət)
Peşəkar inkişaf perspektivi
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Vakansiya Bakı şəhəri üzrə nəzərdə tutulmuşdur.
Müraciət qaydası Göstərilən tələblərə uyğun namizədlər CV-lərini cv@bakubus.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.