35 C
Baku
Sunday, July 20, 2025

Baş məsləhətçi (satınalma üzrə) – Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti

0
Baş məsləhətçi (satınalma üzrə) – Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidməti
Laçın
15.07.2025

Vəzifə: Baş məsləhətçi (satınalma üzrə)

Vəzifə öhdəlikləri:
Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırmasının aparılması və müvafiq formanın hazırlanaraq təsdiqlənməsi;
Elektron satınalmalar portalında satınalma prosedurlarına dair elanların yerləşdirilməsi;
İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və dəvət məktublarının göndərilməsi;
Satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsi;
Tenderin əsas şərtlər toplusunun, iclas və yekun protokollarının hazırlanması və komissiya üzvlərinə təqdim edilməsi;
Tenderin nəticəsinə dair yekun protokolun dövlət orqanına təqdim olunması və qeydiyyat prosesinin izlənməsi;
Müqavilə məlumatlarının və tender nəticələrinin qanunla müəyyən edilmiş müddət ərzində portalda yerləşdirilməsi;
İddiaçı şirkətlərə aksept və məlumat xarakterli məktubların göndərilməsi;
Tender komissiyasının fəaliyyətinin təşkili, daxil olan sorğuların cavablandırılması;
Dövlət satınalmaları qanununa uyğun olaraq malların, işlərin və xidmətlərin ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət edilməsi.

Namizədə tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
Satınalma və ya dövlət satınalmaları sahəsində minimum 2 il iş təcrübəsi;
Dövlət satınalmaları haqqında qanunvericiliyi əla səviyyədə bilməli;
Etender.gov.az portalından sərbəst şəkildə istifadə bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Analitik düşüncə, diqqət və məsuliyyətlilik;
Komandada və müstəqil işləmə qabiliyyəti.

Müraciət qaydası:
CV-lərinizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Baş məsləhətçi (satınalma üzrə)” qeyd etməklə göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər