Vakansiyanın təsviri
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan, Hacıqbul, Saatlı, Sabirabad, Zərdab, Ağdam Goranboy, Göygöl, Zaqatala, Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) baş mühasib vəzifəsinə qəbulla əlaqədar müsabiqə elan edir.
1. Ümumi müddəalar:
1.1. Ştat cədvəlinə uyğun olaraq Mərkəz direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur
və işdən azad edilir;
1.2. Baş mühasib vəzifəsinə təyinat üçün minimum tələb olaraq iqtisadiyyat ixtisas qrupu üzrə orta ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı və yaxud ali təhsil və maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayaraq iş stajı müəyyən edilir;
1.3. Mərkəz dirеktоrunun tаpşırıqlаrını, əmr və göstərişlərini yеrinə yеtirir.
2. Vəzifə borcları:
2.1.Müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir;
2.2. Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təmin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasının yoxlanılmasına və sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
2.3. Xərclər smetasının hazırlanmasını təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqqhesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini həyata keçirir;
2.4. Aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir;
2.5. İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edir;
2.6. Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, çatışmazlıqların və itkilərin uçotdan silinməsi ilə əlaqədar işləri yerinə yetirir;
2.7. Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
2.8. Mühasibat uçotu xidməti bölməsinin işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir;
2.9. Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirir;
2.10. Direktorun göstərişinə əsasən Mərkəzi təmsil edir, Mərkəzin fəaliyyəti ilə bağlı direktorun aidiyyəti tapşırıqlarını icra edir.
3. Məsuliyyəti:
3.1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsinə görə;
3.2. Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada maddi ziyanın vurulmasına görə;
3.3.etik davranış normalarına əməl etməməyə görə;
3.4. hesabatların vахtındа və düzgün аpаrılmаsınа görə;
3.5. Mərkəzdə daxili nizam-intizama riayət edilməsinə görə;
3.6. ona tapşırılan avadanlığın, texnika və ofis ləvazimatının qorunmasına görə;
3.7.maliyyə-təsərrüfat işinin, iqtisadi fəaliyyətin təşkilinə görə məsuliyyət daşıyır.
Xüsusi tələblər
1.4. Aşağıdakıları bilməlidir:
1.4.1. Mərkəzin fəaliyyəti ilə bağlı sənədləri;
1.4.2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu,
1.4.3. mühasibat uçotunun təşkilini, maliyyə hesabatlarının tərtibini;
1.4.4. müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların normativ hüquqi aktlarını;
1.4.5. müəssisənin strukturunu, onun perspektiv inkişafını;
1.4.6. maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini;
1.4.7. pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
1.4.8. pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
1.4.9. debitor və kreditorlarla hesablaşma qaydalarını;
1.4.10. yoxlanış və sənədli təftişin qaydalarını;
1.4.11. aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını;
1.4.12. müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
1.4.13. iqtisadiyyatın əsaslarını;
1.4.14. istehsalın, əməyin və idarəetmənin təşkilini;
1.4.15. mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
1.4.16. əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
1.5. İş prosesində aşağıdakı normativ sənədləri rəhbər tutur:
1.5.1. Komitənin və Mərkəzin Əsasnaməsini;
1.5.2. hazırki vəzifə təlimatını;
1.5.3. Mərkəzlərin fəaliyyətini tənzimləyən sənədləri;
1.5.4. Azərbaycan Respublikasının Əmək qanunvericiliyini.
Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 25 noyabr-25 dekabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.
Qeyd: Baş mühasib vəzifəsinə namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə Peşəkar mühasib sertifikatına malik olmalıdırlar.
Əlaqə: Ailə məsələləri şöbəsi Mərkəzlərlə iş sektoru
- şəh. (+99412) 493-79-62
- mob. (+99451) 230-54-87
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |