14 C
Baku
Saturday, November 16, 2024

Baş Mühasib – Altes Union

0
Baş Mühasib – Altes Union
Bakı
31.05.2020

Şirkət: ALTES UNİON

Vəzifə: Baş Mühasib

Vəzifə təlimatı:

Əmlak, öhdəlik əməliyyatları (əsas vəsaitlərin, mal-materiallar, istehsalat və satış xərcləri, maliyyə-təsərrüfat fəaliyyətlərinin nəticələri, təchizatçı və sifarişçilərlə hesablaşmalar və s. uçotu) mühasibat uçotunun aparılması; Müvafiq mühasibat uçot sahələri üzrə ilkin sənədlərin qəbul edilməsinin və yoxlanmasının həyata keçirilməsi və onların hesab işləri üçün hazırlanması; Əsas vəsaitələr, mal-material vasitələri və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotu hesablarında əks etdirməlidir; Məhsulların maya dəyərin hesabatının hazırlanması, itki və qeyri-istehsal xərclərinin yaranma səbəblərinin ortaya çıxarılması, onların qarşısının alınması təkliflərinin hazırlanması; Büdcəyə vergi və yığımların, dövlətin büdcədənkənar sosial fondlarına sığorta haqqlarının, bank təşkilatlarında ödəmələrin, sərmayə investisiyalarının maliyyələşdirilməsinə, işçi və əməkdaşların əmək haqqlarının, digər ödənişlərin, həmçinin şirkət əməkdaşlarının maddi stimullaşdırılması üçün hesablama və köçürmələrin yerinə yetirilməsi; Rəhbərləri, kreditorları, debitorları, sərmayəçiləri, auditorları və digər mühasibat hesabatı istifadəçilərini müvafiq sahələrdə müqayisə edilə bilən və dəqiq mühasibat üçotu məlumatlarıyla təmin edilməsi; Tip forması nəzərdə tutulmamış təsərrüfat əməliyyatlarının sənədləşdirilməsində istifadə etmək edilən ilkin sənəd formaları, hesab planını, həmçinin daxili mühasibat hesabatı sənədlərinin hazırlaması, uçotun aparılmasının əsas metodların məzmununun və mühasibat məlumatlarının işlənəcəyi texnologiyaların təyin ediməsində iştirak edilməsi; Mühasibat uçotu və hesabatlarının göstəricilərinə əsasən şirkətin maliyyə-təsərrüfat işlərinin iqtisadi analizində, yeni mühasibat uçotu forma və metodlarının işlənməsi və tətbiq edilməsində, pul vəsaitləri və mal-material vasitələrinin inventarlaşdırılmasında iştirak ediiməsi; Mühasibat uçotunun müvafiq sahələri üzrə məlumatların hazırllanması, mühasibat sənədlərinin bütünlüyünə nəzarət edilməsi, arxivə verilməsi üçün onların müvafiq qaydada hazırlanması; Mühasibat məlumatlarının verilənlər bazasının formalaşdırılması, işlənməsi və saxlanması üzrə işlərin yerinə yetirilməsi, göstəricilərin işlənməsi zamanı məlumatlandırıcı və normativ göstəricilərdə dəyişikliklər edilməsi; Məsələlərin iqtisadi quruluşunun hazırlanmasında iştirak edilməsi, iqtisadi məlumatların işlənməsi üçün iqtisadi əsaslı sistemlərin hazırlanmasında hazır layihə, alqoritm və tətbiq proqramlarının istifadəsi mümükünlüyünü müəyyən edilməsi

Təcrübə: Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi

Şərtlər: Həftədə 5 gün – Şənbə-Bazar istirahət; i. Günü – 8 saat – 09:00-18:00

CV formalarınızı email vasitəsi ilə göndərin (mövzuda vakansiyanın adını qeyd edin): [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib