11 C
Baku
Wednesday, November 13, 2024

Baş mühasib – Azərbaycan Sənaye Sığorta

0
Baş mühasib – Azərbaycan Sənaye Sığorta
Bakı
29.11.2023

Vakansiyanın təsviri

  • Xərclər smetasının hazırlanmasını təşkil etmək. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidmətdən buraxılma və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqları, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmalarını həyata keçirmək;
  • Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib etmək;
  • Debitor və kreditorlarla bağlı üzləşmə aparmaq və üzləşmə aktı tərtib etmək;
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
  • Cəmiyyətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmləşdirmək;
  • Sığorta fəaliyyəti haqqında AR Qanunda nəzərdə tutulan gəlir və xərclərin uçotunu muhasibatlıq uçotunda əks etdirmək;
  • Dövlət və Maliyyə Bazarlarına Nəzarət orqanına hesabatları hazırlamaq və təqdim etmək;
  • Əsas vəsaitlər, qeyri-maddi aktivlər və digər aktivlər üzrə əməliyyatları aparmaq (balansa daxil etmək və ya silmək, yenidən qiymətləndirmək, inventar nömrəsi vermək və s.) və bunlar üzrə amortizasiyaları hesablamaq;
  • Səhmdarlar üçün tələb edilən hesabatları hazırlamaq və zamanında təqdim etmək;
  • Ciddi hesabat blanklarının uçotuna nəzarət etmək;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürmək;
  • Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət etmək;
  • Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət etmək;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar aparmaq;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edilməsinə nəzarət etmək;
  • Rəhbəri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək.

Xüsusi tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Bank/sığorta sahədə ən azı 3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib, Sığorta