Vəzifə öhdəlikləri:
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun aparılması;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinin, ona nəzarətin, operativ məlumatların təqdim edilməsinin, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinin təmin edilməsi;
Bank və kassa əməliyyatlarının düzgün aparılması, rezident və qeyri-rezidentlərə ödənişlərin həyata keçirilməsi;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
Vergi, DSMF, statistika hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
İşçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi;
Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması.
Vəzifə tələbləri:
Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (kənd təsərrüfatı istiqaməti üzrə arzu olunandır);
Peşəkar mühasibat setrtifikatının (PMS) olması mütləqdir;
ACCA, F3, F7 sertifikatları arzu olunandır;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Səlis Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: BEGOC Biznes Mərkəzi
Son müraciət tarixi: 30.12.2023
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Baş mühasib) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |