10 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib – Azaqro-SP

0
Baş mühasib – Azaqro-SP
Bakı
08.02.2024

Öhdəliklər:

  • 1C proqramından yüksək səviyyədə istifadə bacarığı
  • BTP proqramından istifadə bacarığı
  • Online banking vasitəsilə yerli və SWIFT köçürmələrin aparılması.
  • Əmək haqqı, məzuniyyət haqları, xəstəlik vərəqələrinin, ezamiyyət və son haqq hesabların hesablanması. Debitor və kreditorlarla hesablaşmaların aparılması.
  • Dövlət büdcəsinə ödəmələrin vaxtında təşkil olunması (vergi, rüsum, sosial sığorta, tibbi sığorta haqları, gömrük ödənişləri və s). Mühasibat hesablarının düzgün təşkili və gündəlik müxabirləşmələrin verilməsi.
  • Gömrüklə bağlı əməliyyatlar (avans kodu alınması, invoice, müqavilə və digər sənədlərə nəzarət) Bank kredit əməliyyatlarına nəzarət (əsas məbləğ və faizlərin ödənilməsi).
  • ƏDV hesabatlarının hazırlanması və bəyannamələrin göndərilməsi. ÖMV və MDSS (Vahid bəyannamə) hesabatlarının hazırlanması və göndərilməsi. Aylıq mənfəət-zərər hesabatların təqdim olunması.
  • Balans hesabatının tərtibi və vahid formada hazırlanıb təqdim edilməsi.
  • Pul vəsatlarinin hərəkəti ilə bağlı aylıq hesabatların hazırlanması.
  • Daxil olan kameral uyğunsuzluqların cavablandırılması.
  • Statistika hesabatlarının göndərilməsi (1 müəssisə, 4 əmək, 12 istehsal).
  • Şəxsi hesab vərəqəsinə nəzarət. Əsas vəsaitlərinin uçotunun təşkili və amortizasiyası.
  • Malların maya dəyəri və e-qaimələrin yazılması.
  • BTP proqramından istifadə bacarığı

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
  • Təcrübə: 5 ildən artıq
  • 1C proqramında işləmək bacarığı;
  • İngilis ve rus dilini bilmək üstünlükdür;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
  • Məsuliyyətli, kollektivdə işləmə bacarığı;

Digər məlumatlar:

  • 5 günlük iş qrafiki;
  • Saat 09:00-18:00;
  • Əmək haqqı: Namizədə uyğun razılaşdırma. minimum 1700 azn.
  • İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi.
  • Əməkdaşlar şirkət hesabına naharla təmin olunurlar.

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib