10 C
Baku
Wednesday, December 11, 2024

Baş Mühasib – Azersun Holding

0
Baş Mühasib – Azersun Holding
Bakı
17.09.2020

Vakansiyanın adı: Baş Mühasib.

Namizədə aid tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
• Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
• MS Office, 1C, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
• ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;
• Beynəlxalq maliyyə standartlarını bilməli;
• Rus və İngilis dillərini yaxşı səviyyədə bilməlidir.

İş haqqında məlumat:

• Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
• Vergi, statistika və DSMF hesabatların hazırlanması;
• Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

İş şəraiti haqqında məlumat:
İş yeri: Dreamland/ Xəyal adası.
İş saatları: 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş Mühasib”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib