9 C
Baku
Friday, November 15, 2024

Baş mühasib – BSC Consalting və Outsorsing MMC

0
Baş mühasib – BSC Consalting və Outsorsing MMC
04.03.2019

20 ildən artıq  konsaltinq aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  MMC-yə lahiyələrin  və müştəri portfelinin sayının artması ilə bağlı Mühasib tələb olunur.
 
Niyə məhz Biz

-Davamlı olaraq işləmək istəyəcəyiniz pozitiv komanda və etibarlı şirkətik
-20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq 
-Kreativ ideyaları yaradırıq
-İstedadlı gənclərə yol açırıq
-Peşakarlarla inkişafa şərait yaradırıq
 
Baş mühasib

İş barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar 
– Vergi orqanları ilə yazışmalar 
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi 
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması 
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək 
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi 
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi 
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi 
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
 
Sair məlumat

Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir) 
B1-B3, Microsoft Office proqramlarını bilmək 
1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.) 
e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək 
Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı 
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması 
Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək 
Balansın çıxarılması 
Excell proqramında yüksək səviyyədə işləmə bacarığı 
Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar 
Tez qavramaq və uyğunlaşmaq bacarığı
Problemləri təhlil və həll etmə bacarığı.
Vergi qanunvericiliyi bilmək 
Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

Əmək haqqı 1200-1500 manat 

CV-lərinizi foto ilə birlikdə [email protected]. elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri