9 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib (Füzuli) – Dövlət statistika komitəsi

0
Baş mühasib (Füzuli) – Dövlət statistika komitəsi
18.02.2022

İş barədə məlumat

Tələb olunan xüsusi biliklər

  • idarənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsini təmin edir;
  • ilkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasını təşkil edir;
  • işçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edir;
  • bank əməliyyatlarını aparır;
  • xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır;
  • muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri vergi orqanlarına təqdim edir;
  • mühasibat balansını hazırlayır və Dövlət Statistika Komitəsinə təqdim edir;
  • aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir;
  • İdarədə satınalma prosesinin həyata keçirilməsini təşkil edir;
  • statistik və digər hesabatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
  • mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir;
  • vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.
  • Aylıq vəzifə maaşı555

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Namizədə tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il ümumi iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, İNTERNET-dən istifadə -yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 17 fevral 2022-ci il tarixindən 18 mart 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar: Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1742,1745); e-mail: [email protected];

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar: Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 431 63 86 (daxili 111,117); e-mail: [email protected].

İşin aid olduğu sahə

KateqoriyaMühasib