16 C
Baku
Sunday, November 3, 2024

Baş mühasib – Heritus Group MMC

0
Baş mühasib – Heritus Group MMC
Bakı
15.12.2023

İşin təsviri:
Müvafiq ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
Səmərəli mühasibat uçotu sisteminin qurulmasına dəstək verilməsi;
Bank əməliyyatlarının aparılması,invoysların hazırlanması və göndərilməsi;
Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqələrin qurulması;
Debitor və kreditorların uçotunu sənədlərlə yoxlanması;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyasının hesablanması və inventarizasiya aparılmasına nəzarət edilməsi;
Ay bağlanması prosesində iştirak edilməsi və tələb olunan hesabatların hazırlanması;
Şirkətin illik maliyyə hesabatlarının auditi prosesi zamanı lazımi dəstəyin göstərilməsi;
Aylıq əməliyyatların sistemə işlənməsi və xətti rəhbər tərəfindən verilmiş tapşırıqların müəyyən edilmiş tarixdə yerinə yetirilməsi;
Aylıq,rüblük,illik statistik,vergi,DSMF hesabatlarının təqdim edilməsi;
Dövlət Vergi xidməti orqanları ilə rəsmi yazışmalarının aparılması;
Debitor / Kreditor dövriyyəyə nəzarət;
Tələblər:
Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə(əsasən logistika istiqamətində) iş təcrübəsi: minimum 3-5 il
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Peşəkar mühasibat setrtifikatının (PMS) olması mütləqdir;
ACCA F3,F7 sertifikatı arzu olunandır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
Yüksək ünsiyyət qurmaq bacarıqları;
Operativ işləmə bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur

İş qrafiki: 5 günlük, 09:00-18:00

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Baş mühasib” yazmaqla e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib