20 C
Baku
Thursday, October 3, 2024

Baş mühasib – iMotors

0
Baş mühasib – iMotors
Bakı
29.07.2024

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);
  • Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
  • Peşəkar mühasib sertifikatı mütləqdir;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək.

Vəzifə öhdəlikləri:  

  • MMİS-də günün açılması / gün sonunda bağlanması və balansın təmin olunması;
  • Ezamiyyət əmrlərin təsdiqlənməsi;
  • Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət;
  • Vergi portalında şəxsi vərəqəyə nəzarət;
  • Əməkhaqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət;
  • Debitor və kreditor hesablarına nəzarət;
  • İşçilərin vəzifə öhdəliklərinin icrasına nəzarət;
  • Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət;
  • Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət;
  • İnventarizasiyanın aparılmasına nəzarət;
  • Mənfəət vergi bəyannaməsinin hazırlanması;
  • Statistika hesabatlarının hazırlanması;
  • Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması;
  • Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması;
  • Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması;
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi;
  • Şöbə əməkdaşlarının iş hədəflərinin müəyyən edilməsi və əməkdaşların iş bölgüsünün aparılmasında şöbə rəhbərinə dəstəyin göstərilməsi;
  • Uyğun şərtlərlə banklardan maliyyələşmənin cəlb olunması;
  • Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması;
  • Bank zəmanətlərinin alınması;
  • Şirkətin əsas vəsaitlərinin inventarizasiyasının planlanması, həyata keçirilməsi və Ofis menecer tərəfindən yoxlanılmasına nəzarət edilməsi;
  • Aylıq agent hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 3000-3500 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Servis xidməti;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib