08.05.2023
    Öhdəliklər:
- Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
 - Vergi, statistika və DSMF hesabatların hazırlanması;
 - Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
 - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
 - İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
 - Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
 - Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
 - Hesab və elektron qaimə-fakturaların yazılması;
 - Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
 - Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
 - Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
 - Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
 - Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
 - Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
 - İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi;
 - Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
 - Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
 - İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
 - Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi
 
Tələblər:
- Təhsil: Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
 - İş təcrübəsi: Baş mühasib kimi satış sahəsində,istehsalat,kənd təsərrüfat sahəsində ən azı 3 il iş təcrübəsi;
 - Yaş: 30-45
 - Cinsi- Kişi
 - MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
 - Məsuliyyətli və işində dəqiq;
 - Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
 - Qanunvericiliyi bilməlidir və daimi izləməlidir
 - Əmək haqqı razılaşma yolu ilə müsahibə əsasında təyin olunacaq
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib” yazaraq göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq. [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Mühasib | 

