8 C
Baku
Friday, December 13, 2024

Baş mühasib (İsmayıllı) – Dövlət Turizm Agentliyi

0
Baş mühasib (İsmayıllı) – Dövlət Turizm Agentliyi
İsmayıllı
12.07.2023

Vakansiyanın təsviri

  • Yuxarı təşkilatlardan daxil olmuş qərar, sərancam və əmrləri vaxtında icra edir
  • Müəssisənin aylıq, rüblük və illik hesabatlarını təmin edir
  • İdarə üzrə bank və kassa əməliyyatlarının uçotunu aparır
  • İnventarlaşdırmada iştirak edərək İdarənin ümumi və üzləşdirmə aktlarını tərtib edir
  • İdarənin dövrlər üzrə (aylıq, rüblük, illik) hesabatların tərtib etmək və aidiyyəti orqanlara verir
  • Müxtəlif tədbir və proqramlar üzrə ayrılmış vəsaitin hərəkət uçotunu və hesabatını aparır

ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Mühasib