24 C
Baku
Thursday, April 24, 2025

Baş Mühasib – Kənd Təsərrüfatı Nazirliyi

0
Baş Mühasib – Kənd Təsərrüfatı Nazirliyi
Bakı
21.04.2025

İş yeri: Bakı şəh, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91

Vəzifə öhdəlikləri:

  • Sektorun işçiləri arasında vəzifə bölgüsünü aparmaq, daxil olan müraciət və sənədlərin bölüşdürülməsini, cavablandırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək
  • Nazirliyin Aparatı üzrə maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini və hesabatların vaxtında təqdim edilməsini təşkil etmək
  • Mədaxil və məxaric əməliyyatlarının, istehsal dövriyyəsi və xərclərin, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
  • Məhsulun, iş və xidmətlərin maya dəyərinin hesabatlarını hazırlamaq, əmək haqqı, vergi və sosial ayırmaların düzgün tərtibini və icrasını təmin etmək
  • İlkin mühasibat sənədlərinin, əmək haqqı fondunun xərclənməsi, əsas fondların və qiymətlərin inventarizasiyasına nəzarət etmək
  • Maliyyə intizamına əməl olunmasına, xərclərin və borcların düzgün uçotuna nəzarət etmək
  • Mühasibat sənədlərinin arxivləşdirilməsini təşkil etmək
  • Şöbənin fəaliyyəti ilə bağlı Nazirlikdəki komissiyalar, işçi qruplar və ezamiyyətlərdə şöbəni təmsil etmək
  • Sənədlərin aidiyyəti üzrə və ya arxivə düzgün təhvil verilməsinə nəzarət etmək
  • Şöbə müdirinə arayışlar, məlumatlar, hesabatlar təqdim etmək və görülmüş işlərə dair plan və təkliflər vermək
  • Nazirliyin Kollegiyasında müzakirə ediləcək məsələlərə dair təkliflər hazırlamaq
  • Rəhbərliyin digər tapşırıqlarını və qanunvericiliyə uyğun digər vəzifələri icra etmək

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (2 ili rəhbər vəzifədə olmaqla)
  • PMS (Peşəkar Mühasibat Sertifikatı) — mütləq tələbdir
  • Mühasibat uçotu, vergi və maliyyə qanunvericiliyinə dərindən bələdlik
  • 1C və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
  • Dövlət sektorunda təcrübəyə və əlavə beynəlxalq sertifikatlara (ACCA, CPA və s.) malik olmaq üstünlükdür

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib