7 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib (Masallı) – Aztelekom

0
Baş mühasib (Masallı) – Aztelekom
Masallı
25.04.2023

Vakansiyanın təsviri

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu  hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkili və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Filialın mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun   aparılmasına rəhbərlik edir;
  • Müəssisənin həyata keçirdiyi bütün mühasibat əməliyyatlarına nəzarət edir və onların maliyyə hesabatlarında və Baş kitabda müvafiq uçot registrlərdə əks etdirir;
  • Filialın  ümumi maliyyə hesabatlarını tərtib edərək müəyyən edilmiş forma üzrə təyin edilən vaxtda və qurumlara təqdim edilməsini təmin edir;
  • Mədaxil, məxaric orderləri, hesabat blankları və s. rəsmi sənədlərin hazırlanması və hərəkətinə nəzarət və rəhbərlik edir;
  • Göstərilmiş xidmət üzrə yaranan debitor borclarının yığımının təşkili və mütəmadi nəzarətin həyata keçirilməsi işlərinə rəhbərlik edir;
  • Pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Filialın rəhbərliyinə mühasibat uçotu məsələlərinə dair operativ məlumat verir;
  • Müəyyən olunmuş müddətlərdə maliyyə hesabatlarının tərtib edir və baş idarəyə təqdim edir;
  • Mühasibat sənədlərinin sistemləşdirilməsini, uçotunu, qorunmasını və onların arxivə təhvil verilmə intizamını təmin  və  rəhbərlik  edir;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət məbləğinin hesablanmasına, DSMF-na təqdim edilməsinə və əmək haqqı üzrə hesab vərəqələrinin işçilərə təqdim olunmasına  nəzarət edir;
  • Kəsirlərin, sui-istifadələrin, pul vəsaitlərinin və əmtəə-material dəyərlərinin qanunsuz məsrəfinin qarşısını almaq üzrə tədbirlər işləyib hazırlayır və həyata keçirir;
  • İqtisadi təhlilin keçirilməsində iştirak edir və təsərrüfat daxili ehtiyyatları üzə çıxarmaq məqsədilə mühasibat uçotu əsasında qeyri-məhsuldar xərcləri və itkiləri aradan qaldırır;
  • Şöbəyə ümumi rəhbərlik edir, tabeliyində olan işçilərin əmək funksiyalarının icrasına və müəssisə daxili intizam qaydalarına əməl edilməsinə nəzarəti təmin edir;
  • Baş idarənin və birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması, kapitallaşma və amortizasiyasının mühasibat uçotuna əsasən həyata keçirilməsi.

Xüsusi tələblər

  • Ali ixtisas (iqtisad – maliyyə) təhsilli;
  • Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı;
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməli;
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
  • Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), Mühasibatlıq proqramları, Outlook və işgüzar yazışma əsaslarını bilməli;
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib