7 C
Baku
Thursday, December 12, 2024

Baş mühasib – Mazarina Trade Company

0
Baş mühasib – Mazarina Trade Company
Bakı
22.06.2023

Tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və Audit);
  • FMCG və yaxud Retail sektorunda 3 ildən artıq baş mühasib təcrübəsi;
  • Logo Tiger proqramı üzrə biliklər
  • İFRS standartları ilə tanış olması vacibdir.
  • Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür.
  • Yaş: 27-40

Vəzifə öhdəliklər:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.
  • İş vaxtı: 09:00–dan 18:00 dək;
  • İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini e-mail ünvanına mövzu hissəsinə “Baş Mühasib” qeyd edərək göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib