10 C
Baku
Friday, December 13, 2024

Baş Mühasib Müavini – Azersun Holding

0
Baş Mühasib Müavini – Azersun Holding
İmişli, Xaçmaz
09.02.2023

Vakansiyanın təsviri

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  •  Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə köməklik  göstərilməsi.
  • Həftə içi 5 gün, 09:00-18:00
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
  • Ünvan:   İmişli və Xaçmaz şəhərləri

Xüsusi tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasibin müavini vəya mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatları sahəsində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər