Bakı
     
21.06.2024
    İş barədə məlumat:
- DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
 - Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
 - Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
 - Maliyyə aktivlərinin idarə olunması
 - Vergi risklərinin hesablanması
 - Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
 - Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
 - Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
 - Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
 - Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
 - Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi
 
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
 - Qeyd edilən sahədə ən az 4 il iş təcrübəsi;
 - Logistika sahəsində iş təcrübəsinin olması üstünlükdür
 - 1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
 - Dil bilikləri: azərbaycan dili – əla, rus və ingilis dili üzrə danışıq səviyyəsində biliklər arzuolunandır;
 - Vergi, Əmək və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
 - Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
 - Peşəkar Mühasib Sertifikatının olması vacibdir.
 
İş qrafiki: 5 günlük,
İstirahət günləri: şənbə və bazar;
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/32, Turan Biznes Mərkəzi (GPS – 40.4110613,49.8600953).
Əmək haqqı: 1300-1500 AZN.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu yerində “Baş Mühasib” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Mühasib | 



