Şəki
07.09.2023
Vakansiyanın təsviri
- İdarənin büdcə layihəsinin hazırlanmasının təmin edir;
- İdarənin büdcəsinin icrasına dair hesabat sənədlərinin hazırlanmasını təşkil edir;
- İdarənin maliyyə vəsaitinə olan aylıq tələbatını ilkin sənədlərə uyğun tərtib edərək aidiyyəti üzrə təqdim edir;
- Müvafiq dövrləri əks etdirən hesabatları hazırlayır;
- İdarənin maliyyə təsərrüfat fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir;
- İşçilərin əmək və əməyin ödənilməsi ilə bağlı sair ödənişləri, ezamiyyə və təhtəlhesab və s. hesablanmasını və ödənişini təmin edir;
- Əmək haqqından tutulan gəlir vergisi, DSMF-na ayırmalar, həmkarlar ittifaqına üzvülük haqqı, icbari tibbi sığorta haqqı və s. vəsaitlərin qanuna müvafiq qaydada tutularaq aidiyyatı üzrə köçürülməsini təmin edir;
- İdarə üzrə vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;
- İdarənin ciddi hesabat blanklarının dövriyyəsinə dair aylıq məlumatları hazırlayaraq Xidmətə təqdim edir;
- Mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini həyata keçirir;
- Daxilolmaların bank əməliyyatları üzrə dəqiqləşdirlməsini, rüblük balans hesabatlarını, haqq-hesab cədvəlini, statistik və digər məlumatları hazırlayıb aidiyyəti üzrə təqdim edilməsini həyata keçirir;
- Əsas vəsaitlər üzrə hesabatların hazırlanmasını həyata keçirir;
- Maddi vəsaitlərin amortizasiyasının aparılmasını həyata keçirir;
- İdarənin Əsasnaməsində nəzərədə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsini təşkil edir;
- Maliyyələşmənin açılması üçün lazımı sənədləri aidiyyatı üzrə təqdim edir;
- Debitor və kreditor borcların dürüstləşməsinin aparılması və hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
- Müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, hazırlanmış layihələrə dair rəy və təklifləri Xidmətə təqdim edir;
- Müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktlarda dəyişiklik edilməsi, şərh edilməsi və ya ləğv edilməsi haqqında Xidmətə təkliflər verir;
- Növbəti il üçün protokol, qərar, qərardad, vəkalətnamə, qaimə və digər ciddi hesab blanklarına olan tələbat barədə proqnozları ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edir;
- İdarəyə daxil olmuş şikayət və müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin edir;
- Xidmətin Əsasnaməsində nəzərdə tutulmuş aidiyyəti üzrə digər vəzifələrin yerinə yetirilməsini təşkil edir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
- Dövlət orqanlarında(qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023 – cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Xüsusi tələblər
- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: 1 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
- Xarici dil biliklərinə dair tələblər: yoxdur
- Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
- Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, Mühasib |