21 C
Baku
Saturday, September 28, 2024

Baş Mühasib – Sağlam Ailə

0
Baş Mühasib – Sağlam Ailə
Bakı
01.07.2024

Vəzifə öhdəlikləri:

  • Müəssisənin Strateji inkişaf planının hazırlanmasında, habelə maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasında iştirak edir;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;

Vəzifə ilə bağlı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
  • Baş Mühasib kimi minimum 3 il iş təcrübəsinin olması;
  • İstehsalat təcrübəsinin olması mütləqdir;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • PMS, ACCA və ya digər beynəlxalq seertifikatların olması üstünlükdür.

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi e-mail ünvanına “Baş Mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib