10 C
Baku
Wednesday, December 11, 2024

Baş Mühasib – Shaurma N1

0
Baş Mühasib – Shaurma N1
Bakı
19.07.2024

Əmək haqqı: Müsahibə əsasında

Vəzifəyə olan tələblər:

  • Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
  • Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparılır;
  • Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
  • ​​​​​​Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • Ayın bağlanmasını həyata keçirir;
  • Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;

​​​​​​​Namizədə olan tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili;
  • Təcrübə: Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi) (istehsal sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompyuter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığı, 1C 8.3 və digər İT platformalarda işləmə bacarığı;
  • IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
  • İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Dil biliyi: Azərbaycan, Rus.

Namizədlərdən CV-lərini  “Baş mühasib” mövzusu ilə ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib