20 C
Baku
Saturday, September 28, 2024

Baş mühasib (Şirvan) – Azərsilah Müdafiə Sənayesi Holdinqi

0
Baş mühasib (Şirvan) – Azərsilah Müdafiə Sənayesi Holdinqi
Şirvan
17.05.2024

Əmək funksiyası:

  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun aparılması;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)

Vəzifə tələbləri:

Təhsil pilləsi (minimum)

  • Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə

İş təcrübəsi (minimum)

  • Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)

Dil bilikləri 

  • Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)

Kompüter bilikləri

  • Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3

Digər zəruri tələblər

  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
  • Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.

Vəzifənin tələb etdiyi səriştəliliklər:

  • Problem həll etmə bacarıqları
  • Təqdim etmə bacarığı
  • Detallara diqqət
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə bacarığı.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib – Şirvan” qeyd etməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib