9 C
Baku
Wednesday, November 13, 2024

Baş mühasib – The Landmark Hotel Baku

0
Baş mühasib – The Landmark Hotel Baku
Bakı
10.09.2024

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq bölməsinin fəaliyyətinə rəhbərlik etmək və bölmənin səlis işləməsini təmin etmək;
  • Vergi qanunvericiliyinə əməl olunmasını və vergi orqanlarına vaxtında və düzgün hesabatların təqdim edilməsini təmin etmək;
  • Tənzimləyici və xüsusilə Vergi qanunvericiliyində olan dəyişikliklərlə bağlı rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və tələb olunan fəaliyyət planını təmin etmək;
  • Vergi Auditinə rəhbərlik etmək, yaranan suallara cavab vermək, müvafiq məlumatları təqdim etmək və Vergi Orqanları ilə əlaqə saxlamaq;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
  • Rəhbərliyə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Ayın bağlanması prosesinə rəhbərlik etmək, müvafiq düzəlişləri rəhbərliyə təqdim və müzakirə etmək;
  • Ödənişlərdə istifadə olunan təsdiqedici sənədlərin qanuniliyini təmin etmək və ödənişləri təsdiqləmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;

Kvalifikasiyalar:

  • PMS sertifikatı tələb olunur;

Təcrübə:

  • Mühasibat uçotu üzrə ən azı 5 il Baş Mühasib və ya rəhbər vəzifədə iş təcrübəsi tələb olunur;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib