17 C
Baku
Tuesday, May 21, 2024

Baş mühasib – Veysəloğlu Şirkətlər Qrupu

0
Baş mühasib – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
23.10.2020

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..

Vəzifə: Baş mühasib

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 25-40

İşin Təsviri: Şirkətin mühasibatlıqla bağlı bütün əməliyyatlarına nəzarət olunması və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi

Vəzifə öhdəlikləri:

– Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunmasını təmin etmək;
– Balans, pul vəsaitlərinin hərəkəti, mənfəət və zərər hesabatının tərtibi və vahid formatın hazırlanıb təqdim edilməsi;
– Mühasibatlıqla bağlı gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
– Əsas vəsaitlərin qanunvericiliyə uyğun amortizasiya və təmir xərclərinin yoxlanılmasının təmin edilməsi;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanmasının təmin olunması;
– Yerli və xarici kreditorlar üzrə daxili hesabatların verilməsi və debitorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması;

Tələblər:

– Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
– Komanda ilə işləmə və idarəetmə bacarığının olması;
– E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
– IFRS üzrə biliklərin olması;
– Micro proqram biliyinin olması arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– Servis xidməti
– Nahar ilə təmin edilmə

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş mühasib” yazmaqla CV göndərərək müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaMühasib