27 C
Baku
Friday, July 19, 2024

Baş mühasibin müavini – Azəristiliktəchizat

0
Baş mühasibin müavini – Azəristiliktəchizat
Bakı
07.04.2023

Vakansiyanın təsviri

  • Təsərrüfat əməliyyatların mühasibat kitablarında Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun əks olunmasının təmin olunması;
  • Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
  • Ödənişlərin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək qanunvericiliklərin tələblərinə uyğun aparılmasının təmin olunması;
  • İmzalanacaq müqavilələrin Azərbaycan Respublikası vergi, sosial sığorta, əmək və digər qanunvericiliklərin tələblərinə uyğun hazırlanmasının təmin olunması;
  • Əmək haqqı cədvəllərin hazırlanması, hesablanması və işçilərlə hesablaşmalar prosesinə birbaşa nəzarət etmək;
  • Xəstəlik vərəqələrin hazırlanması, hesablanması və həmin vərəqələr üzrə hesablaşmalara birbaşa nəzarət etmək;
  • Şirkərin aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatların zamanında hazırlnaması üçün “Dövr bağlanışı” ilə bağlı (Month End Closing) əməliyyatların zamanında tamamlanmasının və “Dövriyyə cədvəlinin” (Trial Balance) zamanında hazırlanmasının təmin olunması;
  • On-line kargüzarlıq üzərindən aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması;
  • Dövlət qurumları (vergi, DSMF, statistika, əmək müfəttişliyi, Mərkəzi Bank, gömrük və s.) ilə aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması;
  • Maliyyə hesabatlarının və vergi bəyannamələrin yoxlanılması ilə bağlı audit prosesinin təşkil olunması və auditorlarla iş prosesinin koordinasıyası;
  • Dövlət orqanları tərəfindən aparılan səyyar yoxlamalar prosesinə nəzarət və həmin yoxlamalar zamanı şirkəti təmsil edərək şirkətin maraq və mövqeyinin müdafiəsini təmin etmək;
  • Təsərrüfat əməliyyatların şirkətin daxili siyasət və prosedurların tələblərinə uyğun aparılmasının təmin olunması;
  • Ehtiyac duyulduqda şirkətin daxili siyasət və prosedurlarında dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Mühasibtalıq heyətinin işinin koordinasiyası və tənzimlənməsi;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək;
  • Həm tabeçiliyində olan işçi heyətinə, həmdə rəhbərliyə lazım olan dəstəyi vermək.
  • İş saatları- 5 gün, 08:30-17:30/5günlük
  • Korporativ nömrə
  • Ə/H-Razılaşma əsasında

Xüsusi tələblər

  • Ən azı 3 il böyük mühasib və yaxud baş mühasib vəzifəsində iş təcrübəsi;
  • Ali təhsil/ən azı bakalavr dərəcəsi (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir);
  • Mühasibatlığla bağlı mükəmməl qanunvercilik bilikləri;
  • ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilə bilər (ən azı F3, F7, DipİFR);
  • İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilə bilər;
  • Microsoft Office və 1C: Mühasibat proqram təminatın peşəkar səviyyədə bilmək;
  • Azərbaycan dili sərbəst, Rus və İngilis dili yaxşı səviyyədə danışmaq
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları