Bakı
     
12.06.2024
    Əmək funksiyası:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
 - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
 - Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
 - İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
 - Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
 - Debitor və kreditor borcların uçotunun aparılması;
 - Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
 - Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
 - Gəlir və xərclərin uçotunun aparılması;
 - Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
 - Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).
 
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
 - Təhsil ixtisası: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
 - İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
 - Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
 - Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
 - Digər zəruri tələblər:
 - Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
 - Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
 
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
 - Təqdim etmə bacarığı
 - Detallara diqqət
 - Komandada işləmək bacarığı
 - Analitik düşünmə bacarığı.
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasibin müavini (Bakı şəhəri)” qeyd etməyiniz xahiş olunur. [email protected]

