9 C
Baku
Wednesday, November 13, 2024

Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə – Ziraat Bank Azərbaycan ASC

0
Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə – Ziraat Bank Azərbaycan ASC
22.02.2019

“Ziraat Bank Azərbaycan” ASC Filiala

Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi/maliyyə təhsili;
  • Yaşı – 25-35 arası;
  • Orta sahibkarlığın və/ və ya Korporativ biznesin maliyyələşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını hazırlamaq və təhlil etmə bacarıqları;
  • Analitik düşünmə bacarığı;
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
  • Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Banklarda hesabların açılması və aparılması, Sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarına dair iş təcrübəsi;
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır;
  • Kompüter bilikləri (MS Office, Internet);
  • İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.

 

 

Əsas vəzifələr:

  • Bankın məhsulları haqqında müştərilərə məsləhət xidmətləri göstərmək;
  • Müştəri haqqında məlumat toplamaq;
  • Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmalar aparmaq;
  • Maliyyə təhlili üzrə biliklərə sahib olmaq;
  • Müştərilər üçün kredit və kommersiya təkliflərini hazırlamaq;
  • Müştərilərə bankın göstərdiyi başqa xidmətlər üzrə məlumat vermək;
  • Müştərilər üzrə geniş təhlil hesabatlarını (biznes fəaliyyətinin izahı, maliyyə hesabatları) hazırlamaq. 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını mart ayının 31-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “SME Kredit Mütəxəssisi” qeyd etməyiniz vacibdir.

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi