Bakı
28.11.2022
Vakansiyanın təsviri
- Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək;
- Cəmiyyətin fəaliyyətinə dair çap, video və foto materialların arxivini təşkil etmək;
- Cəmiyyətin tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək;
- Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək;
- Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək;
- Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması;
- Şöbənin illik büdcəsi və dövrlər üzrə büdcə planını tərtib olunmasında iştirak etmək;
- Cəmiyyətin təşkilatçısı olduğu konfransların, tədbirlərin, seminarların, görüşlər və digər tədbirlərə dair tələb olunan çap və əyani vəsaitələrini təmin olunmasında iştirak etmək;
Xüsusi tələblər
- Dil bilikləri: Azərbaycan və rus ədəbi dilləri üzrə əla səviyyədə yazı və tərcümə bacarıqları olmalıdır. İngilis dili arzuolunandır.
- Komputer bilikləri: Microsoft Ofis proqramları.
- Komanda ruhu, təşkilatçılıq, təşəbbüskarlıq ,ünsiyyət, analitik düşünmə tərzi, təqdimat bacarığı;
- Ali təhsil;
- Dövri mətbuat və ya elektron media sahəsində ən azı 3 il iş təcrübəsi;
- Əlavə olaraq tədbirlərin təşkili və sənədlərlə iş sahəsində təcrübəyə malik olmaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |