Bakı
28.11.2025
Əmək funksiyaları:
- Mərkəzin İT infrastrukturunun (serverlər, şəbəkələr, kompüterlər, printerlər və s.) fasiləsiz fəaliyyətini təmin etmək;
- Kompüter və şəbəkə avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirmək;
- Proqram təminatlarının və əməliyyat sistemlərinin yenilənməsini, lisenziyalaşdırılmasını və təhlükəsizliyini təmin etmək;
- İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Məlumatların ehtiyat nüsxələnməsi (backup) və bərpası prosesini təşkil etmək;
- İT sistemlərində yaranan nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq;
- İstifadəçilərə texniki dəstək göstərmək, texnoloji problemlərin operativ həllini təmin etmək;
- Kibertəhlükəsizlik siyasətinin tətbiqi və monitorinqini həyata keçirmək;
- Şəbəkə infrastrukturunun (LAN, WAN, VPN, Wi-Fi və s.) idarə olunması və monitorinqini aparmaq;
- İT avadanlıqlarının uçotunu və texniki sənədləşməsini aparmaq;
- Yeni texnologiyaların tətbiqi və İT sistemlərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- İşəgötürən və birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali texniki təhsil (İT, kompüter mühəndisliyi, informasiya sistemləri və s.);
- Azərbaycan və ingilis dilləri üzrə sərbəst danışıq və yazı qabiliyyəti (rus dili üzrə arzuolunandır);
- Windows və Linux əməliyyat sistemləri üzrə dərin biliklər;
- Server, domen, e-poçt və şəbəkə idarəetmə bacarığı;
- Virtualizasiya sistemləri (VMware, Hyper-V və s.) haqqında bilik;
- Kibertəhlükəsizlik prinsipləri və məlumatların qorunması üzrə biliklər;
- Beynəlxalq sertifikatlara (Microsoft, Cisco, CompTIA, ITIL və s.) malik olması arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Güclü analitik düşünmə, işgüzar ünsiyyət, dinamik iş mühitinə uyğunlaşma və problemləri həlletmə bacarıqları;
- Əmək və icra intizamı qaydalarına riayət etmək;
- Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “İT üzrə baş mütəxəssis” yazaraq [email protected] göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | İT |


