Baş şəbəkə inzibatçısı – PMD Hospitality LLC

    Bakı
    Posted 2 months ago

    Vəzifə: Baş şəbəkə inzibatçısı
    Şöbə: İnformasiya texnologiyaları
    Tabeçilik: İT üzrə qrup meneceri
    İşəgötürən: “PMD Hospitality” MMC
    Ünvan: Neftçilər prospekti 153, PBT

    Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

    Vəzifə öhdəlikləri:

    – Şirkətin Baş ofisi, hotellər, restoranlar və şirkətin digər obyektləri arasında korporativ telekommunikasiya şəbəkəsinin və şəbəkə avadanlıqlarının müasir standartlar və təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə sazlanmasını və idarə olunmasını təmin edir və bu istiqamətdə Şirkətin təhlükəsizlik xidməti ilə işləri əlaqələndirir;
    – Şirkətə məxsus şəbəkə avadanlıqlarının daim işlək vəziyyətdə olmasını təmin edir və mütəmadi olaraq onların fəaliyyətini monitorinq edir;
    – Şirkətin telekommunikasiya şəbəkəsinin məntiqi və fiziki topologiyalarını hazırlayır və daim aktual vəziyyətdə olmasını təmin edir;
    – Mütəmadi olaraq Şirkətin korporativ telekommunikasiya şəbəkəsinin və şəbəkə avadanlıqlarının konfiqurasiyalarını təhlil edir və tələb olunan dəyişikliklərin həyata keçirilməsini təmin edir;
    – Şirkətin telekommunikasiya şəbəkəsinin daxili komponentləri arasında məlumat mübadiləsi üçün tələb olunan fiziki və məntiqi (proqramsal) əlaqələrin yaradılmasını təmin edir;
    – Şirkətin telekommunikasiya şəbəkəsinin təhlükəsiz rejimdə internet şəbəkəsinə çıxışının sazlanmasını və monitorinqini təmin edir və bu istiqamətdə Şirkətin təhlükəsizlik xidməti ilə işləri əlaqələndirir;
    – Şirkətin işgüzar əlaqələri olan kənar təşkilatlarla şirkətin telekommunikasiya şəbəkəsinin tələb olunan rabitə əlaqələrinin sazlanmasını və idarə olunmasını təmin edir;
    – Şirkətin telekommunikasiya şəbəkəsində baş verən xətaların və insidentlərin dərhal araşdırılmasını və aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin edir;
    – Şirkətin telekommunikasiya şəbəkəsinə aid olan avadanlıqların və rabitə kanallarının davamlı və təhlükəsiz fəaliyyətini təmin edir və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti və şəbəkəyə xidmət göstərən təchizatçı şirkət ilə işləri əlaqələndirir;
    – Şirkətin telekommunikasiya şəbəkəsinə aid olan avadanlıqları və rabitə kanallarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlər görür və bu istiqamətdə şirkətin təhlükəsizlik xidməti və şəbəkəyə xidmət göstərən təchizatçı şirkəti ilə işləri əlaqələndirir;
    – Qrupun funksiyalarına aid olan məsələlər barədə daxil olan müraciətlərə və məktublara cavablar hazırlayır;
    – Öz fəaliyyəti ilə bağlı müntəzəm İT üzrə qrup menecerinə hesabatlar təqdim edir;
    – İT üzrə qrup menecerinin qrupun işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirir;
    – Şirkətin rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir;

    Namizədə tələblər:

    Təhsil:
    – Ali təhsil;

    İş təcrübəsi:
    – Əlaqədar sahədə 3 (üç) ildən artıq iş təcrübəsi;

    Bilik və Bacarıqlar:
    – Telekommunikasiya şəbəkələrinin quruluşu və arxitekturası haqda geniş nəzəri və praktiki biliklərin olması;
    – CISCO, Palo Alto və HP şəbəkə avadanlıqlarının idarə olunması və sazlanması üzrə geniş nəzəri və praktiki biliklərin olması;
    – Məxfilik qaydalarına riayət etmək;
    – İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
    – İnformasiya sistemlərinin quruluşu və arxitekturası barədə biliklərin olması;
    – Müstəqil qərar vermək qabiliyyətinə malik olmalı;
    – İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;

    Kompüter bilikləri:
    – MS Office proqramlarında sərbəst işləmək bacarığı;

    Dil bilikləri:
    – Azərbaycan dili – sərbəst;
    – Rus və ya ingilis dili – yaxşı səviyyədə;

    İşçinin təminatları:

    – Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
    – PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
    – PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyera davamı imkanı;
    – Təlim və inkişaf proqramlarında iştirak imkanları;
    – Tibbi sığorta (ailə paketi);
    – Mobil telefon və korporativ nömrə;

    İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

    CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

    Son müraciət tarixi: 15 iyun 2021-ci il

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.