“PASHA Bank” ASC Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri vakansiyasını elan edir.
Vəzifə haqqında
Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri və onun komandası müştəri seqmenti və müştəri davranışına əsaslanan və uyğunlaşdırılan strateji metodları tətbiq edəcək və analitik modellər qurmaqla, sonradan isə onları təkmilləşdirməklə satış artımına və marketinq strategiyasına dəstək göstərəcək. Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri daxili və beynəlxalq seqment və məhsulla əlaqəli tədqiqat təşəbbüsləri həyata keçirəcək, izləyəcək və uyğunlaşdıracaq, yaranan trendləri (həm təşkilata məxsus daxili məlumat mənbələrindən, həm də təşkilatdan kənar tədqiqatlardan) müəyyənləşdirəcək və izləyəcək, CLV (Customer Lifetime Value – müştərinin aktiv olduğu dövr üzrə gəlirliyi) yaxşılaşdırmağa kömək edəcək və fərqli seqmentlər üçün CL (Customer Lifecycle – müştərinin aktiv olduğu dövr üzrə davranışı) modellərini quracaq. O, həmçinin öz komandası ilə birgə satış üçün müştəri davranışı üzrə təhlil göstəricilərinə əsaslanan çarpaz satış (cross-sell) və bir müştəri üzrə satışın artırılması (upsell) imkanlarının müəyyən edilməsinə nəzarət edəcək və müştərinin saxlanılması üçün proaktiv yanaşma tətbiq edəcək.
Vəzifə öhdəlikləri
• İlk olaraq təşkilatda aşağıdakı prosesləri qurmaqla və sonradan onları idarə etməklə şöbəsinin Kommersiya Departamenti və digər aidiyyatı olan daxili tərəflərlə sıx işləməsini təmin etmək:
– Müştəri və biznes seqmentinin kompleks analitikası
– Hesabatların və proqnozlaşdırma modellərinin qurulması
– Bazardakı rəqabət üzrə təhlilin aparılması
– İlkin və təkrar bazar araşdırması (primary and secondary market research)
• Gəlirlərin artırılması və müştəri sadiqliyinin yaxşılaşdırılması üçün əldə edilən məlumatları sintez etmək üçün daxili maraqlı tərəflərlə (satış, maliyyə, əməliyyat departamentləri və s.) birgə işləmək.
• Daxili tərəflərlə iş zamanı onların ən vacib kommersiya problemlərinin həll edilməsi zamanı yaradıcılıq, analitik bacarıq və bazar biliklərini tətbiq etmək.
• Hər bir müştəri seqmenti üçün CL modellərini yaratmaq və daima inkişaf etdirmək.
• Potensial yeni müştərilərin cəlb edilməsi, saxlanılması, və çarpaz satış imkanlarının proqnozlaşdırması üçün təhlil modellərini tətbiq etmək.
• Müştəri məlumatlarının toplanması və izlənilməsi üzrə şirkət daxili layihələrdə fəal iştirak etmək (lazım gələrsə onları başlatmaq və bu layihələri idarə etmək).
• Hər müştəri seqmenti üçün müştərilərin cəlb edilməsi, saxlanılması, məhsulların penetrasiyası, qiymət siyasəti və seqment trendləri üzrə davamlı olaraq aylıq hesabatların və təhlillərin hazırlanmasına nəzarət etmək.
• Proqnozlaşdırma metodlarından istifadə etməklə hədəf satışların artırılması, çarpaz satışların həyata keçirilməsi, müştərilərin cəlb edilməsi və saxlanılması üçün CRM və ya digər marketinq avtomatlaşdırılması vasitələrini tətbiq etmək
• Təhlil üçün zəruri metrikalardan istifadəni və davamlı məlumat keyfiyyətini təmin etmək üçün standartlaşdırılmış daxili nəzarət vasitələri/modelləri inteqrasiya etmək.
• Bazarı araşdırmaqla və potensial müştəri bazasını təhlil etməklə müxtəlif seqmentlər üzrə marketinq kampaniyalarının strateji inkişafına dair məsləhət vermək.
Vəzifə üzrə tələblər
• Biznes, statistika, iqtisadiyyat və ya riyaziyyatla əlaqədar digər ixtisaslar üzrə bakalavr dərəcəsi
• Riyaziyyat və ya məlumat emalı (data sience) ilə əlaqədar sahələrdə magistr dərəcəsi varsa üstünlükdür
• Biznesin təhlili, məlumatların təhlili, bazar araşdırması və ya idarə heyətinə biznes konsaltinqi sahəsində ən azı 7 illik iş təcrübəsi
• Müxtəlif məlumat növlərinin analizini həyata keçirən komandaların idarə edilməsi üzrə ən az 3 illik iş təcrübəsi
• Kompleks və müxtəlif marketinq kampaniyaları, müştərilərin idarə edilməsi və biznesin inkişaf etdirilməsi üçün məlumat axtarışını təmin etmək bacarıqları da daxil olmaqla təhlil etmə və statistik modelləşdirmə bacarıqları
• Excel, SQL, R və digər vasitələrdən istifadə edərək böyük verilənlər bazasının təhlili üzrə işləyən komandaların idarə edilməsində iş təcrübəsi
• Maliyyə və bankçılıq və ya telekommunikasiya sahəsində təcrübə varsa üstünlükdür
• Əla kritik düşüncə və problemləri həll etmə bacarıqları
• Əla iş yazışması və təqdimat bacarıqları
• Sürətlə inkişaf edən və daima dəyişən strukturda işləmək bacarığı
• Çarpaz funksional komandalar ilə iş təcrübəsi və işçi heyətinin inkişafının idarə edilməsi üzrə təcrübə (məsələn, dəyərləndirmələrin aparılması və işçilərin böyüdülməsi)
• Əla ünsiyyət bacarıqları, baş rəhbərliklə səmərəli işləmə bacarığı
• Daxili maraqlı tərəflərə və rəhbərliyə aidiyyatı məsələlər üzrə araşdırmalara əsaslanaraq məsləhət vermək, tədqiqat nəticələrinə əsaslanaraq idarəetmə qərarlarını sual altına qoymaq və təsir göstərməkdə səriştəli olmaq
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.08.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Bazar araşdırması və müştəri təhlili şöbəsinin rəhbəri” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |