5 C
Baku
Bazar, Noyabr 28, 2021

Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı / baş mütəxəssisi – Unibank

0
Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı / baş mütəxəssisi – Unibank
Bakı
20.10.2021

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Bazar riskləri şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi / baş mütəxəssisi

Tələblər:

• Maliyyə sahəsi üzrə bakalavr ali təhsili;
• Analitik düşünmə qabiliyyəti, modelləşdirmə bacarığı;
• EXCELL-lə yüksək səviyyədə işləmə baxarığı;
• SQL, Pyton, R üzrə biliklər arzu olunandır;
• Beynəlxalq sertifikatlara (CFA, FRM) malik olması arzu olunandır;
• Azərbaycan dili üzrə yüksək səviyyədə bilik;
• İngilis dili üzrə upper-intermediate səviyyəsində bilik;
• Müvafiq sahə üzrə minimum 3 ay təcrübə müddəti.

Öhdəliklər:

• Bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirmək.
• Bazar və likvidlik risklərinin monitorinqini va statistikasını aparmaq;
• Bazar və likvidlik risklərinin məhdudlașdırılması va azaldılması üzrə tədbirlərin həyata keçirilməsi barədə təklifləri rəhbərliyə təqdim etmək;
• Bazar və likvidlik risklərin ilə bağlı mümkün olan itkilərin baș vermə ehtimalını və həcmini hesablayaraq Bankin aktivlərini va kapitalını maksimum qoruyub saxlamaq;
• Bazar və likvidlik risklərinin Bankin strateji hədəflərinə çatması üçün qəbul etmək istədiyi riskin həcminə uyğun olan səviyyəni müəyyən etmək;
• Bazar və likvidlik risklərini üzrə risk iştahasının Bankin maliyyə baxımından sabitliyinə və onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayan səviyyədə saxlanılması üçün tədbirlər görmək;
• Banklararası kredit, deposit, həmçinin qiymətli kağızların yerləşdirilməsi üzrə risk analizi apararaq rəy bildirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Bazar riskləri) göstərməyiniz xahiş olunur).

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X