Bazar Risklərinin İdarə Olunması üzrə Mütəxəssis
Vəzifənin məqsədi
Bazar risklərinin idarə edilməsi funksiyasının bütün aspektlərinin həyata keçirilməsinə, o cümlədən risklərin aşkar edilməsi, qiymətləndirilməsi, ölçülməsi, monitorinqi və hesabat verilməsini təmin etmək üçün sistemlərin qurulmasına cavabdehlik.
Vəzifə öhdəlikləri
• Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün hedcinq strategiyalarının metodoloji qiymətləndirilməsi, təsdiqi və bazar riski limitlərinin müəyyən edilməsində iştirak
• Bazar riskinin təhlili və idarə edilməsi
• Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların hazırlanması, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət
• Əsas bazar riski funksiyaları üçün erkən xəbərdarlıq meyarlarının və prosedurların müəyyənləşdirilməsində iştirak
• Əsas bazar göstəriciləri üzrə proqnozların hazırlanması
• Riskə məruz qalma dərəcəsinin azaldılması/ portfelin keyfiyyətinin təkmilləşdirilməsi üçün tədbirlər planının digər struktur bölmələr ilə birlikdə hazırlanması
• Riskə məruz dəyər (Value at Risk) kimi risk metriklərinin hesablanması
• Stress testlər / özünü qiymətləndirmə metodologiyalarının hazırlanması və tətbiqi
• Bank üzrə bazar risklərinin müəyyənləşdirilməsi və nəzarət mühitinin monitorinqində istifadə məqsədilə biznes vahidi üçün məxsusi göstəricilərin hazırlanması
• Bazar riski siyasəti və prosedurlarının müvafiq struktur bölmələrə kommunikasiya edilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Yaxşı analitik bacarıqlar
• Komanda ruhu
• Güclü məsuliyyət hissi
• Dinamik və innovativ bir şəxs
• Bank qanunvericiliyi və Normativ sənədlər barədə ilkin biliklər
• Bazel komitəsinin normativləri barədə ilkin biliklər
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Bazar Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |