27 C
Baku
Wednesday, July 24, 2024

Beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssis – Rabitabank

0
Beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssis – Rabitabank
Bakı
03.04.2023

Vakansiyanın təsviri

  • Bankın yerli və xarici tərəfdaş banklarla, müxtəlif maliyyə qurumları ilə əlaqələrinin qurulmasını təşkil etmək və əməkdaşlığı davam etdirmək;
  • Gündəlik sənədləşmə işinin aparılması, mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması və zəruri sənədlərin hazırlanıb tərəfdaşlara təqdim edilməsi;
  • Yerli və xarici tərəfdaş bankların və maliyyə qurumlarının qarşısında Bankın nüfuzunun  yüksək səviyyədə saxlanılması üçün öz təkliflərini vermək və müvafiq tədbirləri həyata keçirmək;
  • Yeni potensial tərəfdaş bankların və maliyyə qurumlarının müəyyən olunması istiqamətində araşdırmalar aparmaq və təkliflər vermək;
  • Bankın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici tərəfdaş bankların, tədbirlərində Bankın təmsil olunması.

Xüsusi tələblər

  •  Tam Ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilmək,
  • Aidiyyatı sahədə ən azı 2 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir);
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı,
  • İşgüzar yazışmalar aparmaq qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi