14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Beynəlxalq əlaqələr üzrə mütəxəssis – Dövlət Məşğulluq Agentliyi

0
Beynəlxalq əlaqələr üzrə mütəxəssis – Dövlət Məşğulluq Agentliyi
Bakı
19.01.2021

STRUKTURUN ADI: Beynəlxalq əlaqələr və layihələrlə iş departamenti
VAKANT VƏZİFƏLƏR: Beynəlxalq əlaqələr üzrə mütəxəssis
ƏMƏK HAQQI: 1000-1200

VƏZİFƏ FUNKSİYALARI:

– Agentliyin beynəlxalq əlaqələrini inkişaf etdirmək və genişləndirmək;
– Beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün uzun müddətli planlar hazırlamaq;
– Daima yeni əməkdaşlıqlar araşdırmaq və yeni əlaqələrin qurulmasına dəstək vermək;
– Beynəlxalq təcrübələri araşdırmaq və məşğulluq sahəsində yeni innovativ layihə təklifləri vermək;
– Görülən işlərin və hesabatlarının keyfiyyətini, aktuallığını və müntəzəmliyini təmin etmək;
– İdarəetmə və xarici kommunikasiya strategiyalarını müəyyən edilməsinə köməklik göstərmək;
– Agentliyin digər departamentləri üçün müvafiq xarici məşğulluq siyasətini izləmək;
– Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

– Təhsil tələbi: Ali təhsil; (Beynəlxalq əlaqələr və ya idarəetmə ixtisası üzrə);
– İş stajı: Müvafiq sahədə 1 ildən az olmayan iş təcrübəsi;
– Dil bilikləri: dövlət dili (sərbəst), ingilis dili (mükəmməl), digər dil bilikləri arzuolunandır.
– Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə)

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

– Məsuliyyətlilik
– Etibarlılıq, dürüstlük
– İnkişaf yönümlü və innovativlik
– Operativlik, çeviklik;
– Təşəbbüskarlıq;
– Nəticəyə hədəfli

Göstərilən tələblərə cavab verən namizədlərdən cv-lərin mövzu (subject) hissəsinə Beynəlxalq əlaqələr üzrə mütəxəssis yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları