Bakı
16.01.2025
Vakansiyanın təsviri
- Beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi işlərində iştirak edilməsi həmçinin əməkdaşlıq sahələrinin artırılması;
- Dəniz nəqliyyatının fəaliyyətinin optimallaşdırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, təhlil edilməsi və əldə edilmiş təcrübənin tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlanması;
- Dəniz nəqliyyatı ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş regional və ölkə strategiyalarının, proqramların və regional layihələrin Agentliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirmək və bu sənədlərin milli prioritetlərlə uzlaşdırılması üçün təkliflərin hazırlanması;
- Beynəlxalq miqyasda yürüdülən nəqliyyat siyasətinin öyrənilməsi və təhlilinin aparılması, əldə edilmiş nəticələrə əsasən milli nəqliyyat siyasəti üçün prioritet istiqamətlərin müəyyən edilməsi işlərində iştirak edilməsi;
- Dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, müəyyən edilmiş qaydada bu kimi müqavilələrin bağlanması üçün danışıqların aparılması və razılaşdırılması işində iştirak edilməsi;
- İkitərəfli, çoxtərəfli və beynəlxalq müqavilələrin bağlanılması üçün danışıqların aparılması və onların həyata keçirilməsində iştirak edilməsi işlərinin həyata keçirilməsi;
- Beynəlxalq və regional təşkilatlarla müvafiq sahədə əməkdaşlıq imkanlarını araşdırır və təkliflər hazırlayır Beynəlxalq tərəfdaşlar, xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak edilməsi;
- Azərbaycanda səfərə gələn qonaqların lazımi hallarda səfərinin təşkilində iştirak edib və qonaqların müşayiət olunmasında iştirak edilməsi;
- Beynəlxalq əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatların toplanması və ümumiləşdirilməsi;
- Beynəlxalq tərəfdaşlar, xarici ölkələrlə analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak edilməsi;
- Rəsmi qəbullarda, görüşlərdə, tədbirlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsaslanaraq protokol xidmətinin həyata keçirilməsinin təmin edilməsi;
- Rəhbərliyin və digər struktur bölmə əməkdaşlarının xarici ölkələrə səfərlərinin və ezamiyyələrinin təşkil edilməsi;
- Xarici ölkələrin, beynəlxalq təşkilatların və yerli təşkilatçıların keçirdiyi tədbirlərdə iştirak edilməsi;
- Agentliyin maliyyə mütəxəssisləri ilə birlikdə beynəlxalq donor təşkilatlar və beynəlxalq maliyyə institutları ilə danışıqlar aparmaq, onların hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi digər mənbələrdən yararlanmaq üçün təkliflərin hazırlanması.
Xüsusi tələblər
- Beynəlxalq münasibətlər sahəsi üzrə müvafiq bilik;
- Dəniz üzgüçülüyü sahəsi üzrə biliklər üstünlükdür;
- Beynəlxalq əlaqələr sahəsi üzrə bilik;
- Protokol işlərinin aparılması üzrə bilik;
- MS Office proqramlarında işləmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik;
- Stressə davamlılıq;
- Planlama və zamanın idarə olunması bacarığı;
- İşgüzar yazışmaların aparılması bacarığı;
- Analitik təhlil etmə bacarığı;
- Problem həlletmə bacarığı;
- Komandada işləmə bacarığı.
- Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum – 3 il
- Beynəlxalq əlaqələr, Beynəlxalq hüquq, Regionşunaslıq, Beynəlxalq iqtisadi münasibətlər və ya İdarəetmə ixtisasları üzrə ali təhsil
- Azərbaycan dili – (səlis), İngilis dili (C1) və Rus dili (C1)
- Əlavə xarici dil bilikləri üstünlükdür;
- Beynəlxalq təşkilatlarda və ya diplomatik xidmət sahəsində iş təcrübəsi;
- Beynəlxalq sertifikatlar
Müraciət etmək üçün: [email protected]