14 C
Baku
Monday, November 3, 2025

Beynəlxalq tərəfdaşlarla iş şöbəsinin böyük mütəxəssisi – AZCON Holding

0
Beynəlxalq tərəfdaşlarla iş şöbəsinin böyük mütəxəssisi – AZCON Holding
Bakı
31.10.2025

AZCON Holding Beynəlxalq əməkdaşlıq departamentinin Beynəlxalq tərəfdaşlarla iş şöbəsinin böyük mütəxəssisi vəzifəsinə elan edir.

✅ Vəzifə funksiyaları:

• Xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq təşkilatlar, maliyyə institutları və şirkətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi;
• Müvafiq sahə üzrə beynəlxalq təcrübənin araşdırılması və ölkədaxili tətbiq imkanlarının qiymətləndirilməsi;
• Holdinqin fəaliyyətinə uyğun olaraq beynəlxalq və regional təşkilatlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflərin hazırlanması;
• Beynəlxalq və regional təşkilatlarla danışıqların, rəsmi və işgüzar yazışmaların aparılması;
• Tabeli qurumların aidiyyəti şöbələrinin fəaliyyətinin koordinasiyası, xarici iqtisadi əlaqələrin mərkəzləşdirilmiş şəkildə təşkili və əlaqədar məsələlərin həllinə nəzarət edilməsi;
• Yerli və beynəlxalq layihələrin hazırlanmasında iştirakın təmin edilməsi;
• Qurumun fəaliyyəti ilə əlaqədar normativ hüquqi aktların, o cümlədən beynəlxalq layihələrin, metodiki və digər sənədlərin hazırlanmasına dair təkliflərin verilməsi, hazırlanması və icrasında iştirak edilməsi;
• Şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi.

✅ Əsas tələblər:

• Beynəlxalq münasibətlər, dövlət idarəetməsi, hüquq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
• Dövlət qurumlarında müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan, ingilis və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
• Strateji düşünmə və analiz qabiliyyəti;
• Təqdimat və natiqlik bacarıqları.

✅ Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – Beynəlxalq tərəfdaşlarla iş” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

➡️ Son müraciət tarixi: 14 noyabr 2025-ci il

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər