17 C
Baku
Saturday, May 18, 2024

Birbaşa satış qrupunun mütəxəssisi – VTB Bank

0
Birbaşa satış qrupunun mütəxəssisi – VTB Bank
Bakı
17.07.2020

Birbaşa satış qrupunun mütəxəssisi

Vəzifə öhdəliyi:

• Plan üzrə tapşırıqların yerinə yetirilməsi (pərakəndə bank məhsullarının təqdim edilməsi üçün potensial müştərilərlə telefon danışıqlarının və birbaşa görüşlərin aparılması, müəssisə və şirkətlərin ərazisində təqdimatların aparılması).
• Müştərilərin cəlb edilməsi (bank məhsulları haqqında məlumatların verilməsi, tələb olunan sənədlərin ilkin təhlilinin aparılması, kross-satışların aparılması).
• Müştəri ilə işgüzar münasibətlərin saxlanılması və inkişaf edilməsi.
• Mövcud müştəri müraciətlərinin müşayiəti və monitorinqin aparılması.

Tələblər:

• Ali təhsil/orta ixtisas
• Birbaşa satışlar sahəsində işləmək və inkişaf etmək istəyi
• Ünsiyyət qurmaq bacarığı
• Satış sahəsində təcrübə (arzu olunandır)
• Azərbaycan dilində səlis danışmaq bacarığı (digər xarici dil biliyi arzu olunandır)

Şərtlər:

• İş saatı: 09:00-18:00 (1 saat nahar fasiləsi)
• Həftə içi iş qrafiki: 5/2
• Əmək haqqım + mükafat (rüblük)

CV-ləri [email protected] email ünvanına göndərməyiniz xahiş olunur. ( “Subject” bölməsində vakansıyanı qeyd etməyiniz xahiş olunur)

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi