9 C
Baku
Thursday, December 12, 2024

Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis – PASHA Bank

0
Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis – PASHA Bank
02.05.2019

“PASHA Bank” ASC Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis vakansiyasını elan edir.


İŞ BARƏDƏ MƏLUMAT:

Müəssisə ilə əlaqəli biznes tədbiqlərinin idarə edilməsinə cavabdehdir (ERP, HCM, ECM, CRM, Bar Coding, Moodys Risk Analyst). 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Biznes tədbiqi ilə bağlı layihələrin hazırlanma dövrünün bütün mərhələlərini idarə etmək, ilkin biznes tələblərini toplamaq, təklif və qiymətləndirmə hissələri ilə bağlı sorğular hazırlamaq. 
• Korporativ standartlara və ITIL təcrübəsinə uyğun mövcud informasiya sistemlərini və vasitələrini idarə etmək.
• Dəyişikliyin idarə edilməsinə uyğunlaşmaq.
• Proqram vasitələrinin və məhsullarının paylanmasının düzgün sənədləşdirilməsini və saxlanılmasını təmin etmək.
• Müqavilənin məzmunu, SLA (xidmət səviyyəsinin müqaviləsi), infrastruktur, lisenziya tələbləri ilə bağlı vendorlar və üçüncü şəxslərlə danışıqlar aparmaq.
• Mövcud biznes tələblərini hazırlamaq və qiymətləndirmək üçün biznes müştərilərinə köməklik göstərmək.
• Son istifadəçilər üçün koçluq etmək və təlimlər vermək.
• İş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək üçün birbaşa menecerlərin və departament müdirlərinin yazılı və şifahi təlimatlarını icra etmək
• Şirkətin məlumatlarının məxfiliyinin qorunmasına məsul olmaq.
• Məsul olduğu sahələr üzrə hesabatlar hazırlamaq.
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.



ƏSAS FƏALİYYƏT GÖSTƏRİCİLƏRİ

• Bütün tələb olunan mərhələlərin öhtəsindən gəlməsi.
• İstifadəçi testindən öncə səhvlərin aradan qaldırılması səviyyəsinin faizlə artımı.
• Bütün modifikasiyaların və təşəbbüslərin dəyişikliyin idarə olunması proseduruna uyğun aparılması.
• Sistemin paylanması/lisenziya fayllarının sənədləşməsi və saxlanması.
• Kənardan cəlb edilən işlər biznes tələblərini qarşılamalı. İnstrastruktur və lisenziya tələblərinin müəyyən edilməsi və
uyğunlaşdırılması.
• Biznes və texniki tələblərin hədəfləri əhatə etməsi. 
• Son istifadəçilər üçün təlimlərin verilməsi.
• Biznes prosesinin nəticələri, fəaliyyət göstəriciləri, öhdəliklərin yerinə yetirilməsi.
• Bankın təhlükəsizlik qaydalarının təmin edilməsi.
• Həftəlik, aylıq, illik hesabatlar; rəhbərlik tərəfindən tələb edilən digər hesabatlar.
• Daxili qayda və təlimatların pozulması
• Audit və komplayns yoxlama nəticələri
• SƏTƏM hesabatları və qeydiyyatı 




TƏLƏB OLUNANLAR:


• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: : Microsoft, Oracle;
• Xarici dil: İngilis dili (yaxşı), Rus (orta);
• Kompüter bilikləri: MS Office, Java, C#, Net, ABAP, SQL;
• Məhsul biliyi: ERP, HCM, ECM, CRM;
• Bazar biliyi: Əsas bank bacarıqları;
• Digər: Biznes prosesinin idarə edilməsi bacarıqları.



Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 02.06.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Biznesə Dəstək Proqram Təminatları üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR, Mühasibatlıq və Maliyyə