Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Biznesə Nəzarət və Maliyyə Təhlilçisi (Biznesə nəzarət və maliyyə təhlili şöbəsinin müdiri )
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsində minumum 5 il iş təcrübəsi.
Təhsil: Ali iqtisadi təhsil.
Yaş həddi: 28-40
İşin Təsviri:
Maliyyə hesabatlarının hazırlanması, maliyyə hesabatlarının təhlili, digər müxtəlif növ maliyyə təhlilləri (rentabellik, maya dəyəri, qiymətləndirmə və.s) və maliyə modellerinin qurulması sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
• Büdcələşdirmə prosesinin idarə edilməsi və büdcə nəzarəti prosesinin qurulması və izlənməsi;
• Müxtəlif idarəetmə hesabatlarının hazırlanması və təhlili;
• Maliyyə hesabatlarının, şirkətin dövri performansının və əsas KPI-larının təhlili və müvafiq hesabatların hazırlanması;
• Müxtəlif investisiya, maliyyələşdirmə, qiymətləndirmə və digər layihələr üzrə maliyyə təhlili modellərinin qurulması və layihlərin dəyərləndirilməsi;
• Rəhbərliyin tapşırığı ilə müxtəlif maliyyə istiqamətli layihələrin idarə edilməsi.
Tələblər:
– Komanda quruculuğu və komandanın idarəedilməsi;
– Problemləri həll etmə bacarığı və punktuallıq;
– Yüksək analitik təhlil qabiliyyəti;
– MS Office proqramları biliyi (yüksək səviyyədə);
– Hesabatlılıq (Word üzərindən);
– İngilis və rus dillərini bilmək arzuolunandır;
– Maliyyə və mühasibatlıq sahələrində beynəlxalq kvalifikasiyalar (ACCA,CİMA və CPA) arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Mobil nömrə və telefon limiti.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Biznesə Nəzarət və Maliyyə Təhlilçisi” yazmaqla CV göndərərək müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |