14 C
Baku
Saturday, September 28, 2024

Biznes analitik – AZSOFTWARE SYSTEM

0
Biznes analitik – AZSOFTWARE SYSTEM
Bakı
27.12.2023

Təsvir:

  • Təşkilatlarda İnformasiya texnologiyaları (İT) sistemlərini və proseslərini təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
  • İT sistemlərinin layihələndirilməsi və saxlanılmasına cavabdeh olan texniki qruplarla kommunikasiyalı şəkildə işləməklə, tələb və istəkləri toplayaraq təşkilatın mövcud imkanlarını nəzərə almaqla modelləşdirmə alətləri və təhlil metodları vasitəsi ilə prosesləri təsvir etmək;
  • İT layihələrin planların hazırlanmasına və təkmilləşdirilməsinə dair təklifləri, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
  • Təşkilatın strategiyasını, fəaliyyət istiqamətlərini və bazar yanaşmalarını analiz etməklə rəqəmsallaşma proseslərin təyin etmək;
  • Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla sahə üzrə araşdırmalar aparmaq;
  • Biznes proseslərin analizi, use-case və digər diaqramlar əsasında tələblərin təyin edilməsi, biznes analistlər üçün effektiv ünsiyyət formasının, biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT komandalarla əməkdaşlıq etmək;
  • Müvafiq sahə üzrə qanunvericilik və normativ aktları təhlil etmək;

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • Texniki biliklər (Proqram təminatının arxitekturası, Verilənlər bazası, UI/UX dizayn, Proqram təminatları), “Visio”, “Jira”, “Figma”, “Canva”, “draw.io”, BPMN müasir alətlərdən bir və ya bir neçəsi üzrə praktiki bacarıqlara malik olması;
  • İngilis dili biliyi – yüksək texniki səviyyədə; Rus dili biliyi – orta səviyyədə;
  • Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür.

Əmək haqqı : 2300-2800 AZN arası, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək

İş qrafiki – 1-5 ci günlər, saat 09:00 – 18:00

Şənbə, bazar istirahət günləridir.

Uyğun namizədlər “Biznes Analitik” başlığı ilə mail adresinə müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər