20 C
Baku
Thursday, October 3, 2024

Biznes analitik – Superfon

0
Biznes analitik – Superfon
Bakı
31.07.2024

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Biznes analitik

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Biznesin performansını anlamaq üçün hesabatlar, tablolar və vizualizasiyaların yaradılması;
  • Kateqoriya meneceri ilə məhsul analizində birgə əməkdaşlıq etmək;
  • Satış rəhbərləri ilə satış analizində əməkdaşlıq etmək;
  • Fəaliyyət Sahəsi üzrə hesabat standartları, tendensiyalar və ən yaxşı təcrübələr haqqında cari məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
  • Müştəri məlumatlarının fərqli hədəflər üzrə təhlili;
  • Bazar və rəqiblər barədə olan araşdırmaların müqayisəli təhlili;
  • Rəhbərliyinə aylıq, rüblük və. s. biznes hesabatlarının təqdim edilməsi;

Tələblər:

  • Ali Təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, Maliyyə);
  • Biznes analitika üzrə iş təcrübəsi;
  • Riyazi təfəkkürlü;
  • Analitik düşüncə qabiliyyətli;
  • Zamanın düzgün idarəedilməsi və parallel tapşırıqların icrası;
  • Diqqətli və məsuliyyətli

Təminatlar:

  • Nahar  ilə təmin edilmə;
  • Əmək bazarına uyğun əmək haqqı;
  • Korporativ mobil nömrə;
  • Karyera inkişafı;

Müraciət qaydaları:

CV-nizi [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “ Biznes analitik” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər