Biznes analitik
İş barədə məlumat:
– Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
– İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
– Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
– Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
– Proqram təminatı layihələrində biznes analiz işlərinin aparılması, texniki tapşırıqların hazırlanması, layihə planı hazırlanması, proqram təminatını yüksək səviyyədə test edilməsi, proqram təminatının təlimlərini keçirilməsi, proqram təminatının texniki sənədlərinin hazırlanması
– İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
– Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
– Əmək haqqı sınaq müddəti ərzində 400 azn, sınaq müddətindən sonra 700-800 azn
– Respublika daxili rayon və şəhərlərə ezamiyyətlərə hazırlıqlı olmalıdır
Namizədə tələblər
– Yaş həddi: 25-35 yaş
– Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
– İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1-3 il iş təcrübəsi
– Adobe Photoshop, MS Visio, MS Project, MS Office proqram təminatlarını yaxşı bilmək
– Dil bilikləri: Azərbaycan dilini səlis bilmək; Rus və ingilis dilini bilmək üstünlükdür.
– Analitik düşünmək və problem həll etmək bacarığı
Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən mövzu yerində “Biznes analitik” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, İT |