9 C
Baku
Friday, November 15, 2024

Biznes-analitika şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Biznes-analitika şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
05.10.2021

Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Biznes-analitika şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

● İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsində ali təhsil;
● Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması;
● Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması;
● Biznes proses üzrə minimal test planların və test ssenarilərinin hazırlanmasında iştirak;
● Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması;
● Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
● Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi;
● Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi;
● Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.

İŞİN TƏSVİRİ:

● Bank məhsulları haqqında biliklərə sahib olmaq;
● Bank modulları (FlexCube arzu olunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
● Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına malik;
● Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak təcrübəsi;
● Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərin olması;
● Xarici dil biliklərinə sahib (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində) olmaq;
● Web servis üzrə biliklərə sahib olmaq arzuolunandır: Arxitektura növü (Rest/Soap), APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa malik olmaq.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi