Bakı
10.03.2025
İşin təsviri
Əsas vəzifə funksiyaları:
- Şöbəyə daxil olan sorğuların təhlil edilməsi üçün Mərkəzi Bankın digər struktur bölmələri ilə əməkdaşlıqda iştirak edir;
- Struktur bölmələr tərəfindən proqram təminatlarının dəyişikliyi ilə bağlı şöbəyə daxil olan sorğuları təhlil edir;
- Proqram təminatlarında dəyişikliklərin edilməsi üçün texniki spesifikasiya sənədlələrini və istifadəçi təlimatlarını hazırlayır;
- İnformasiya texnologiyaları sahəsinə dair yeni layihələrin, o cümlədən sistemlərin biznes fəaliyyətinə dair tələblərini toplayaraq spesifikasiyaların hazırlanmasını təmin edir;
- Şöbəyə daxil olan biznes tələbini informasiya sistemlərində uyğun şəkildə tətbiqini təmin edir;
- İnformasiya texnologiyaları layihələrinin icrası zamanı texniki və biznes tələblərinin uyğunluğunu nəzarətdə saxlayır;
- Texniki spesifikasiya sənədlərinin hazırlanması zamanı Departamentlə digər struktur bölmələr arasında koordinasiyasında iştirak edir;
- Tələblər üzrə təhlil metodlarını və proseslərini davamlı olaraq təkmilləşdirir;
- İnformasiya texnologiyaları ilə bağlı layihələrin vaxtında və büdcə daxilində yerinə yetirilməsini dəstəkləyir;
- Yeni sistemlər və onların təkmilləşdirilməsi barədə istifadəçilərə təqdimatlar və təlimlər keçirir;
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.
Tələb olunan biliklər və bacarıqlar:
- Layihələrin idarəetmə bacarığı
- İnsidentlərin texniki izahı
- Təqdimat və yazı bacarığı
- Komandada və müstəqil işləmək bacarığı
- Sistemlər arasında inteqrasiyalar və API-lar üzrə təcrübə;
- Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə arzuolunandır;
- JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
- Dövlət sektorunda layihələrdə işləmə təcrübəsi
- Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, istifadəçi təlimatları) hazırlanması;
- Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində biliklər
Digər tələblər:
- Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı
- Biznes Analitika və ya bənzər sahədə minimum 3-5 il iş təcrübəsi
- Ali təhsil (İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat, İdarəetmə) tələb olunur
- Kompüter bacarığı MS Office (Word, Excell, Power Point) yüksək səviyyədə
- Sahə üzrə sertifikatlar (IIBA, PMI və digər oxşar) arzuolunandır
https://www.cbar.az/hr/f?p=100:106
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |