“PAŞA Bank” ASC olaraq Biznes İnnovasiyaları üzrə Koordinator kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
• Pilot / Konsepsiya və ya təcrübə ilə bağlı istiqamət təyin etmək üçün biznes seqmenti rəhbərləri ilə müzakirələrin asanlaşdırılması;
• Pilot / Konsepsiya fəaliyyətlərinin planını təyin etmək üçün müvafiq şöbələrlə əlaqələndirilmənin təmin edilməsi;
• Pilot / Konsepsiya və ya təcrübə monitorinqi ilə əlaqədar maraqlı tərəfin iş yükünün əlaqələndirilməsinin təmin edilməsi;
• Pilot / Konsepsiya ilə əlaqəli materialların hər hansı bir satın alınması ilə əlaqədar təchizatın təmin edilməsi;
• Aşağıda təsvir olunan məqamların icrasının təmin edilməsi:
o Pilot / Konsepsiya fəaliyyətlərinin təşkilatın geniş və strateji planına uyğun olaraq hazırlanması və icrası;
o Pilot / Konsepsiya monitorinqi və təcrübə fəaliyyətlərinin effektiv şəkildə planlaşdırılması və əlaqələndirilməsi;
o Pilot / Konsepsiyanın qiymətləndirilməsi, məlumat toplama vasitələrinin inkişafı, məlumat toplama vasitələrinə və məlumatların təhlilinə nəzarət;
o Pilot / Konsepsiya və ya təcrübələrin bir hissəsi olaraq kəmiyyət və keyfiyyət məlumatlarının təhlili;
o Müxtəlif hesabatların hazırlanması və müvafiq şöbələrə yönləndirilməsi.
Sizdən nə tələb olunur?
• İş təcrübəsi: Layihə idarəetmə, strategiya, yenilik və startaplarla əlaqəli sahədə minimum 3 il
• Xarici dil: İngilis (yaxşı), Rus (yaxşı)
• Digər : Güclü ünsiyyət, analitik düşüncə, komandada iş, sahibkarlıq və işgüzarlıq bacarıqları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Biznes İnnovasiyaları üzrə Koordinator” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |