Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis – Modenis LLC eManat

    Bakı
    Posted 5 months ago

    Modenis MMC / eManat

    Vəzifə adı: Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis

    Vəzifə öhdəlikləri:

    • Şirkətin biznes applikasiyalarının dəstək üzrə proseslərini (insidentlər, dəyişikliklər, sorğular) və digər müraciətləri icra etmək
    • Biznes applikasiyalarında baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
    • Biznes applikasiyalarının administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
    • Biznes applikasiyalarının idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
    • Biznes applikasiyalarının dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
    • Öhdəsində olan sistemlərin idarəedilməsi üzrə prosedur və qaydaları tərtib etmək
    • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
    • Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək.
    • Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək

    Namizədə qoyulan tələblər:

    • İş təcrübəsi: Biznes tədbiqlərinə dəstək sahəsi üzrə minimum 3 il iş təcrübəsi
    • Xarici dil: İngilis dili (yaxşı), Rus (yaxşı)
    • Kompüter bilikləri: MS Office, Jira/Confluence, SQL-scripting, Groovy-də scriptlərin inkişafı, Jira – Plaginlərin quraşdırılması və konfiqurasiyası, Linux əsasları, MS Server əsasları, MS SQL Server əsasları
    • Komanda şəklində işləmə bacarığı
    • Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
    • Analitik təhlil bacarığı
    • Müvafiq sahə üzrə sertifikatları olması arzu olunandır (MS, Linux, ITIL4 Foundation)

    İş şəraiti:

    • Ofis daxili;
    • Əmək haqqı 1500-2000 AZN
    • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
    • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
    • Əmək haqqının 15 gündən bir ödənilməsi;
    • Tibbi sığorta təminatının verilməsi;
    • Nahar təminatının qarşılanması;
    • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi

    Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis” yazılmalıdır.

    Job Features

    Job CategoryDigər şirkətlər, İT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.